UFAZ-ın magistr tələbələrinin sahə təcrübəsi başa çatıb

UFAZ-ın magistr tələbələrinin sahə təcrübəsi başa çatıb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geologiya fakültəsinin 2-ci kurs magistr tələbələri Ren 1 Universitetinin müəllimləri Mark Jolivet və Sesil Robin, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları Tələt Kəngərli və Şəfəq Bayramovanın rəhbərliyi ilə Lahıcda geoloji sahə təcrübəsində olublar.
Tələbələr təcrübə zamanı Böyük Qafqazın yaranmasına səbəb olan geodinamika, çöküntü yatağı və paleomühit haqqında biliklər qazanıblar. Onlar əl ölçmələrindən karotaj aparma, kəsiklərin çəkiləsi və litoloji vahidləri, strukturları izləmək və tanımaq tipli tapşırıqlar icra ediblər.
Sahə təcrübəsində UFAZ-ın müəllimləri Klara Jodri və Fidan Aslanzadə də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər