44 gün... Yaddaşlara əbədi həkk olan, Qarabağın vətənləşdiyi, düşmənin diz çökdürüldüyü o tarixi an. Vətən torpağının oğullarını səslədiyi, igidlərini bağrına basdığı o şanlı vaxtdan iki il keçir. 2020-ci il sentyabrın 27-dən Ermənistanın növbəti hərbi təxribatına qarşı ayağa qalxan Vətən övladları “Dəmir yumruğa” dönərək 30 ildir yiyəsiz qalan yurdu əsl sahibinə qaytardı. Qəlbi qubarlı Qarabağa şəhid qanı, qazi qanı o mübarək günü nəsib etdi. Qəhrəman oğullarımızın sayəsində əsrlərdən bəri davam edən azadlıq idealları, istiqlal mücadilələri Vətən savaşında tarixi zirvəsinə çatdı. Qarabağı görməyən igidlərin qəlbindəki Vətən həsrəti, yurd sevgisi, canlarındakı şücaət və qorxmazlıq hissi dünyanı Azərbaycan xalqının birliyinə, gücünə, ordusunun qüdrətinə, yenilməzliyinə inandırdı.
Bunu AMEA-nın dissertantı Nərmin Həsənova deyib. O bildirib ki, müzəffər Ordumuzun Qələbə çalması, mənfur düşmənin torpaqlarımızdan çıxarılması işığı vaxtsız sönən ocaqların tək təsəllisi oldu. Zəfər soraqlı 10 Noyabr günü bir ana oğlunun tabutunu çiynində son mənzilə yola salarkən, digər bir ana əllərində qərənfil dəstəsi göz yaşları içində “çox sevincliyəm, gedirəm oğlumun məzarı üstə onu təbrik edəm. Qanı yerdə qalmadı!” görüntüsü ilə yaddaşlara həkk olundu.
“Anım Günü kimi tariximizdə yer alan 27 Sentyabr şanlı Vətənin qəhrəman oğullarının, yenilməz mücahidlərinin, silahı ilə sirdaş olan, ulu Vətən savaşçılarının yenidən nəfəs aldığı, türklüyümüzün yenilməz olduğunu dünyaya göstərdiyi gündür. 27 Sentyabr şəhidlərimizin bir ölüb min dirildiyi gündür. Bu Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında baş əyir, bizlərə Qələbəni bəxş etdikləri, bizləri müzəffər xalq kimi yaşatdıqları üçün dərin minnətdarlığımızı bildiririk. Şücaətləri ilə, qəhrəmanlıqları ilə dastana çevrilən vətən oğullarının ailələrinə Allahdan güc, dözüm arzulayırıq”, - deyə N.Həsənova fikrini yekunlaşdırıb.
Tehsil-press.az