Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin direktoru, Bağdad Universitetinin təhlükəsizlik və informasiya elmləri üzrə doktoru Mutəzz Muhy Əbdülhəmid ilə görüş keçirilib.
Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan iraqlı qonağa Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı məlumat verib, Azərbaycan-İraq əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə görə Mutazz Muhy Əbdülhəmidə öz təşəkkürünü bildirib.
Mutazz Muhy Əbdülhəmid İraq-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən, baş redaktoru olduğu “Sadaka” qəzetinin Azərbaycana həsr olunmuş məqalələrindən bəhs edib. Azərbaycanla bağlı yazdığı “Qarabağ münaqişəsinin tarixi” kitabını fakültəyə təqdim edən qonaq “Azərbaycan Vətən müharibəsində” və “Şuşa Azərbaycanın mirvarisidir” adlı kitablarının da nəşr ərəfəsində olduğunu bildirib.
Sonra M.Əbdülhəmid sualları cavablandırıb.
Tehsil-press.az