Dövlət İdarəçilik Akademiyasının tələbələrinin növbəti uğuru

Dövlət İdarəçilik Akademiyasının tələbələrinin növbəti uğuru Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında hüquqi biliklərə dair müsabiqə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.
Müsabiqənin məqsədi hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi, prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub. Müsabiqədə ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Bilik yarışında iştirak edən Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Vüqar Rufulla, Jalə Calalova, Qabil Əlizadə, Zəmilə Abdullayeva, Nərmin Əhmədli birinci yerə layiq görülüblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bilik yarışının qalibi olan tələbələrlə görüşüb. Rektor əldə etdikləri uğurlar üçün tələbə gəncləri təbrik edib, onlara təhsildə yeni nailiyyətlər arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər