AzMİU tələbələri üçün təlim: effektiv nitq uğurun açarı kimi

AzMİU tələbələri üçün təlim: effektiv nitq uğurun açarı kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı təlimçi və araşdırmaçı Orxan Şahbazla tələbələrin görüşünü təşkil edib.
Görüşdə Orxan Şahbaz “Tələbənin effektiv nitqi” mövzusunda təqdimatla çıxış edib. Təlimçi nitqin inkişaf etdirilməsi, vasitəli və aydın nitqin qurulması texnologiyaları ilə bağlı geniş məlumat verib.
Görüş zamanı verilən biliklərin praktiki tətbiq, imitasiyalarla yoxlanılması üçün tələbələr arasında oyunlar təşkil edilib.
İnteraktiv şəkildə davam edən görüşün sonunda fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər