Fizika üzrə təkmilləşdirilmiş fənn məzmununun ilkin variantı müzakirə olunub

Fizika üzrə təkmilləşdirilmiş fənn məzmununun ilkin variantı müzakirə olunub Təhsil İnstitutunun mütəxəssisləri Sinqapurun “Alston” təhsil şirkəti ilə fizika fənni üzrə məzmunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edirlər.
VII-XI sinif fizika üzrə təkmilləşdirilmiş fənn məzmununun ilkin variantı Bakı məktəblərində çalışan qabaqcıl fizika müəllimlərinin müzakirəsinə təqdim olunub. Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov kurikulumun təkmilləşdirilməsi prosesindən danışıb. Daha sonra kurikulum işçi qrupunun üzvü Yalçın İslamzadə fizika fənni məzmununun təkmilləşdirilməsinə təsir göstərən faktorlar, edilən ixtisarlar və əlavələr barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub.
Müzakirə zamanı həyat bilgisi və təbiət fənnində fizika üzrə elmi bazanın verilməsinin, məzmunun horizontal və vertikal uyğunluğunun gözlənilməsinin vacibliyi müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər