Xəzər Universitetində tələbələr “Teknofest–2023” barədə məlumatlandırılıb

Xəzər Universitetində tələbələr “Teknofest–2023” barədə məlumatlandırılıb Xəzər Universitetində tələbələri “Teknofest–2023” festivalı haqqında məlumatlandırmaq məqsədilə infosessiyalar keçirilib.
Infosessiyalar “CanSat America– 016”da komanda kapitanı, “CanSat Azerbaijan–2018-2021” və “Teknofest Azərbaycan–2022” müsabiqələri çərçivəsində “CanSat” və sərbəst PUA kateqoriyaları üzrə layihə rəhbəri olmuş İlkin Nağıyev tərəfindən aparılıb.
İnfosessiyalar zamanı müsabiqə mərhələləri və tələb olunan sənədlər, komanda strukturunun təyin olunması metodları və idarə olunması, yarışma müddətində proseslərə nəzarət və s. mövzular haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər