Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Görüşdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurlardan danışıb. Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikası qlobal miqyasda prioritet kimi qəbul edilən inklüziv inkişafın səmərəli planlaşdırılması və idarə edilməsi üzrə dünya lideridir. İnklüziv inkişaf sahəsində Azərbaycanın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsinin təməlində Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyasının olduğu xüsusi vurğulanıb. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolunun olduğuna diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.
Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışan və təhsil alanlarla görüşündən məmnunluq duyduğunu bildirib. O, aparılan müzakirələrin Xaba üzv dövlətlər arasında mövcud əməkdaşlığa, gələcək islahatlara töhfə verəcəyinə inandığını deyib.
A.Baimenov insan potensialının dövlət idarəçiliyində səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayıb, interaktiv vasitə ilə keçmiş və gələcək inkişaf mərhələlərinin müqayisəli təhlilini verib.
Qeyd edək ki, Dövlət Qulluğu üzrə Astana Regional Xab 25 iştirakçı ölkə və 5 beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platformasıdır.
Tehsil-press.az