Bakı Dövlət Universiteti (BDU) əməkdaşlar arasında 27 Mart - Azərbaycanda Elm Gününə həsr olunan “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir.
“İlin alimi” müsabiqəsinin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
1-ci yer: Təbiət və texnika elmləri üzrə – 1 nəfər (2 500 manat); Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer: Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 500 manat); Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-cü yer: Təbiət və texnika elmləri üzrə – 1 nəfər (1 000 manat); Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar yanvarın 16-dan başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu martın 6-da saat 17:00-da başa çatacaq.
İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.
Əlavə məlumat üçün: Telefon: (+994 12) 538 60 63, E-mail: [email protected]
Tehsil-press.az