Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr edilən seminarlar çərçivəsində ustad dərsləri təşkil olunub.
Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayıl Mirzai “Kimyada molekulyar spektroskopiya metodları” və Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev “Katalitik olefinləşmə reaksiyalarının yeni sintetik imkanları, yeni birləşmələrin sintez və dizaynında qeyri-kovalent əlaqələrin rolu” mövzularında ustad dərsləri keçiblər.
C.Mirzai kimyəvi məqsədlərlə daha çox tətbiq olunan elektron spektroskopiyası, mikrodalğa spektroskopiyası, nüvə maqnit rezonansı, elektron paramaqnit rezonansı və digər metodlar, onların imkanları haqqında ümumi məlumat verib. O, böyük universallığı və informativliyi ilə seçilən infraqırmızı spektroskopiya metodunun nəzəri əsasları, kimyanın müxtəlif sahələrində tətbiq olunma imkanlarından danışıb.
N.Şıxəliyev son dövrlərdə üzvi sintez, kataliz, kristal mühəndisliyi və digər sahələrdə qeyri-kovalent əlaqələrin roluna dair elmi tədqiqat işlərinin sayının artdığını qeyd edib. O, mövzu ilə bağlı ətraflı məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az