“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş Bakıdakı 118 nömrəli tam orta məktəbdə keçirilib.
BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı “Real” Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev olub.
Görüşdə M.Ağayev məktəb illəri ilə bağlı xatirələrindən söz açıb, müasir dövrün tələbləri və bu günün məktəbi, təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunması, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.
Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan bəhs edən qonaq öyrədici informasiyanı seçmək bacarığı, sosial şəbəkələrin gənclərə təsirləri və mövcud imkanlardan səmərəli istifadə yollarından söz açıb. M.Ağayev Vətəni qoruyan əsgərlə informasiya müharibəsində mübarizə aparan media nümayəndəsini birləşdirən ortaq dəyərlər, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq və digər maraqlı mövzularla bağlı şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
Tehsil-press.az