2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində müxtəlif layihələr həyata keçirilib.
Qurumun “Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumtəhsil müəssisəsini əhatə edir. 330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş - məktəblinin dostu çalışır. 2021-2022-ci tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib. Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub. Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
BŞTİ və “Azedu.az” təhsil portalı tərəfindən “Müəllimin cəbhə gündəliyi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.
Təhsil İdarəsi və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda dinləyicilər məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında məlumatlandırılır.
Paytaxtın 125 məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub. Layihə çərçivəsində 897 müəllim müvafiq təlimlərdən keçərək sertifikat əldə edib. Həmçinin şagirdlər arasında “Qış onlayn yarışı” və “Kod Saatı: rəqəmsal gələcəyə addım” müsabiqələri təşkil olunub.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində paytaxt müəllimləri fəal iştirak ediblər. Layihə çərçivəsində Türkiyə Respublikasının Təhsil Nazirliyi ilə birgə Bakıda təşkil olunan ikitərəfli əlaqələndirici seminarda BŞTİ-nin tabeliyindəki məktəblərdən 11 müəllim iştirak edib. Layihə əsasında Gəncə şəhərində keçirilən regional konfransa isə 7 paytaxt müəllimi qoşulub.
“eTwinning Plus” çərçivəsində 26 nömrəli tam orta məktəbin müəllimi Günel Məmmədova “Future Journalists” layihəsində Avropa Mükafatı qazanıb. Bu mükafat müəllim və şagirdlərin layihədə işlərinə görə ala biləcəkləri ən yüksək mükafat hesab olunur.
Həmçinin layihə əsasında “Mənim böyük ideyam” mövzusunda müsabiqədə BŞTİ-nin tabeliyindəki məktəblərin şagirdləri uğurla iştirak edib, onlardan 67, 80, 202, 245 və 300 nömrəli tam orta məktəblərin şagirdləri qalib adını qazanıblar.
BŞTİ-nin tabeliyindəki 178 ümumtəhsil müəssisəsində STEAM layihəsi tətbiq edilib. Bakı məktəbliləri 2021-2022-ci tədris ilində “TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində, eləcə də “Makerthon 2022” yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak ediblər.
“TEKNOFEST Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Daha bir uğur isə ABŞ-da qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robotexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. 50-yə yaxın ölkədən 4800 komanda və 15000-ə yaxın şagirdin iştirak etdiyi yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.
Həmçinin paytaxtın ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş STEAM Azərbaycan Festivalı 2021”də (SAF 2021) qalib olub. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
BŞTİ tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihə keçirilib. İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün feysbuk sosial şəbəkəsində yaradılmış “Onlayn kitab klubu” səhifəsində elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin paylaşılması və maarifləndirici mövzularda təqdimatlar təşkil olunub.
Həmçinin paytaxt məktəblərində Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsi həyata keçirilir. Layihənin məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların akademik, sosial bacarıqlarının inkişaf etdirilməsi və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.
BŞTİ tərəfindən “Bahar çələngi” adlı layihə reallaşdırılıb. Layihə çərçivəsində ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar çələngi” adlı ədəbi-bədii kompozisiyalar, adət-ənənələrin əks olunduğu seminarlar, konsert proqramları, dəyirmi masa, intellektual müsabiqə və yarışlar, şagirdlərin əl işlərindən ibarət sərgilər, Novruz mühazirələri, “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri, idman yarışları və xalq oyunları keçirilib. Layihənin məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.
“Məktəbli startapçılar” layihəsi çərçivəsində isə Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə danışırlar. Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, məktəbdə öyrəndikləri ilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı startapçılarını ictimaiyyətə tanıtmaqdır.
“Məktəbdə...” layihəsi çərçivəsində isə ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşləri təşkil olunub. Layihənin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
Həmçinin ümumtəhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində məktəblərdə maarifləndirmə görüşləri, müzakirələr, açıq dərslər, seminar və dəyirmi masalar, intellektual müsabiqə, debat və yarışlar təşkil olunub. Layihə əsasında məktəb həyətinin təhsilalanlar tərəfindən yaşıllaşdırılması, “Məktəbli bostanı”nın və “Yaşıl siniflərin”, ekoloji guşələrin yaradılması da nəzərdə tutulur. Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi məqsədilə təşkil edilən layihə təqvim ilinin sonunadək davam edəcək.
BŞTİ tərəfindən həyata keçirilən “Ailəm və məktəbim” layihəsi çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil edilib. Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri baş tutub. Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qurulması işinə dəstək vermək məqsədilə keçirilən layihə təqvim ilinin sonunadək davam etdiriləcək.
Tehsil-press.az