ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi ilə Missuri Universitetinin professoru Binq Yanq Bakı Dövlət Universitetində (BDU) genom redaktəsi texnologiyaları və tətbiqi prinsipləri istiqamətində təlim keçirib.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi tərəfindən təşkil olunan təlimdə əsas məqsəd genom redaktəsinin ölkə üçün strateji əhəmiyyətli bitki növlərinə tətbiqini həyata keçirmək, bu istiqamətdə tədqiqatçı mütəxəssisləri yetişdirməkdən ibarətdir. Təlimin məqsədlərindən biri də növbəti mərhələdə maddi-texniki bazanın yaradılması, ölkə üçün prioritet olan genom redaktəsi sahəsinin fəaliyyətini təmin edəcək laboratoriyanın qurulmasıdır. 7 gün davam edən təlimdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları, Biologiya fakültəsinin müəllim heyəti və gənc tədqiqatçıları, həmçinin Azərbaycanın elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin əməkdaşları iştirak ediblər.
Təlim müddətində BDU-nun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Aqro Bitki Klinikası (FİTOLAB Mərkəzləşdirilmiş Sınaq Laboratoriyası), Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi nəzdində Genetik Ehtiyatlar İnstitutunun alimlərinin iştirakı ilə dəyirmi masa keçirilib. BDU əməkdaşları tərəfindən yaradılmış CRISPR/CAS 9 kasetləri, birləpəlilərin (buğda, düyü) adaptiv qabiliyyətinin artırılması üçün bu kasetlərdən istifadə imkanları müzakirə edilib. BDU-nun Biologiya fakültəsinin magistrant və doktorantları, müəllim heyəti, eləcə də müxtəlif elmi-tədqiqat institutlarının elmi işçilərinin iştirakı ilə “CRISPR əsasında genomun redaktəsi” mövzusunda seminar keçirilib. Eyni zamanda, BDU-nun elmi-tədqiqat laboratoriyasında buğda və pambıq bitkilərinin yarpaq toxumasından protoplastların ayrılması həyata keçirilib. Daha sonra protoplast izolyasiya işləri tamamlanıb, pambıq və buğda bitkilərinin yarpaq toxumasına tərkibində RUBI kompleksi olan aqrobakteriyaların yoluxdurulması həyata keçirilib.
Binq Yanq “CRISPR 101” texnologiyası ilə bağlı seminar da təşkil edib və FİTOLAB Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında kriogen texnologiyadan istifadə etməklə bakteriya və plazmidlərin ultra soyuq temperaturda saxlanma (kriokonservasiya) prosesini nümayiş etdirib.
Aparılan nəzəri və praktiki təlimlər nəticəsində birləpəli və ikiləpəli bitkilərin müxtəlif stress amillərinə (biotik - göbələk, bakterial və virus patogenləri, abiotik - duz, radiasiya, quraqlıq və ya digər stresslər) qarşı davamlılığının artırılması məqsədilə CRISPR/CAS 9 kasetlərinin doğru qurulması, vektorların seçimi, mənfi xüsusiyyət daşıyan və transformasiyaya məruz qalan genə uyğun dizayn edilmiş CRISPR/CAS 9 kasetinin hüceyrə kulturasına və toxuma kulturasına yeridilməsi, hüceyrə kulturasının əldə olunması üçün protoplastların ayrılması kimi texnologiyalar təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Əldə olunan bilik və bacarıqlar genom redaktəsinin tətbiqi üçün çox əhəmiyyətlidir.
Tehsil-press.az