ADNSU-da yeni kitabların təqdimatı olub

ADNSU-da yeni kitabların təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə “Texniki-populyar seriya”dan 16 kitabın təqdimatı keçirilib.
Professor və müəllimlərin iştirak etdikləri tədbirdə tədris işləri üzrə prorektor dosent Qasım Məmmədov ADNSU-da mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusilə kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr edildiyini deyib.
Tədbirdə müasir dövrdə elmi ədəbiyyatın daha da təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, təqdimatı keçirilən kitablar texniki sahələr üzrə əhəmiyyətli vəsaitdir. Kitablardan tələbələrlə yanaşı, doktorantlar, müəllimlər və elmi işçilər də faydalana biləcəklər.
“Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə İstanbulda nəfis şəkildə çap olunmuş kitablar Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər