ADNSU-nun Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

ADNSU-nun Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın 2022-2023-cü tədris ilində ilk iclası keçirilib.
İclasda ADNSU-nun rektoru professor Mustafa Babanlı müasir dünyada elm və təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib.
Sonra tədris işləri üzrə prorektor dosent Qasım Məmmədov 2021-2022-ci tədris ilinin yekunu və yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr, eyni zamanda, bu il ADNSU-ya bakalavriat təhsil səviyyəsi üzrə (o cümlədən UFAZ üzrə və kollecdə) tələbə qəbulunun yekunu haqqında məlumat verib.
Elmi işlər üzrə prorektor professor Lətafət Qardaşova 2021-2022-ci tədris ilində təhsilin magistratura səviyyəsi və 2022-2023-cü tədris ilində magistraturaya qəbulun nəticələri üzrə hesabat məruzəsi ilə çıxış edib.
Dosent Nigar İsmayılova ADNSU-nun tərəfdaş olaraq iştirak etdiyi “HORİZON EUROPE” layihələrindən bəhs edib.
Rektor M.Babanlı gündəlikdə olan akkreditasiya işlərinin vəziyyəti və qarşıda duran vəzifələr, reytinqlə (QS, THE və s.) bağlı komissiyanın tərkibi və ilkin işləri barədə məlumat verib, protokol xidmətinin elektron sənəd dövriyyəsinə keçid üçün təlimlərə başlanması, elmin və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılacaq zəruri addımlardan danışıb, qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər