Neft və Sənaye Universitetində Elmi şuranın növbəti iclası olub

Neft və Sənaye Universitetində Elmi şuranın növbəti iclası olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbəti iclası keçirilib.
İclasda tədris işləri üzrə prorektor dosent Qasım Məmmədov 2021-2022-ci tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2022-2023-cü tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə, elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova 2022-2023-cü tədris ilində doktoranturaya qəbulun nəticələri, həmçinin tədqiqatçı professor, professor, tədqiqatçı dosent, dosent, aparıcı müəllim və müəllim vəzifələrinə qoyulan tələblər haqqında şura üzvlərinə geniş məlumat veriblər.
Sonra Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev fakültənin fəaliyyəti barədə illik hesabat məruzəsi ilə çıxış edib.
Universitetin rektoru professor Mustafa Babanlı ADNSU-da təhsil və tədrisin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr və qarşıdakı hədəflərdən danışıb.
ADNSU-nun dünya universitetlərinin reytinqində iştirakı (QS, THE və s.) ilə bağlı məlumat verən rektor elmi nailiyyətlərin təhsil müəssisəsinin inkişafı üçün əhəmiyyətini qeyd edib.
Sonra rektor M.Babanlı qarşıdakı hədəflərlə əlaqədar lazımi tapşırıqlar verib.

Tehsil-press.az


Oxşar xəbərlər