Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Dövlət Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyat növbəti dəfə məmur, nazir, icra başçısı, rəis və s. adlar altında fəaliyyət göstərmiş və göstərməkdə olan “korrupsiya bossları”nın sonrakı taleyi məsələsini gündəmə gətirmiş olur. Görünən odur ki, Səfər Mehdiyevin vəzifədən gedəndən sonrakı qayğısız həyatını görən gömrük məmurları “köhnə hamam, köhnə tas” qaydasının da qüvvədə qaldığını düşünürlər...
Bu, o deməkdir ki, bir tərəfdən, nazirlər, komitə sədrləri, icra başçıları və s. dəyişsə də, bir çox strukturlarda “iş prinsipləri” dəyişməz olaraq qalır. Digər yandan, uzun illər dövlətdən, xalqdan yüz milyonlar “qapan” və sonradan “ya zəlzələdən, ya vəlvələdən” vəzifədən atılanların sonrakı hüzünlü, rahat aqibəti bu gün onların yerinə yağlı vəzifələrə oturanları çox da düşünməyə vadar etmir və “öz nəfsinin lehinə səs verməyə” həvəsləndirir.\
Təbiət qoynunda, öz saysız-hesabsız villalarının birində dincələn Hacıbala Abutalıbovu, öz işində-gücündə olan və “haqq-halal zəhməti” ilə dolanan Ziya Məmmədovu, Zakir Qaralovu, “Qaçqınkom” Əli Həsənovu və onun Prezident Administrasiyasında işləmiş adaşını, Ramiz Mehdiyevi, Nəcməddin Sadıkovu, yaxud “Dədə Qorqud”da deyildiyi kimi, “baş kəsib, qan töküb, ad çıxarmış” Eldar Mahmudovu, hətta daha aşağı çaplı talançılardan olan Akif Çovdarovu və saydıqca bitməyən digər “layiqli istirahətə” göndərilənləri görən “Avropa təhsilli gənc məmur” qarşısında milyonları oğurlamaq perspektivi açılanda nə düşünməli, nədən qorxmalı, nədən çəkinməlidir ki?
Həmin “Avropa təhsilli gənc kadr” görür ki, “ağır xəstə” diaqnozu ilə azad edilən Akif Çovdarov kimisi hakimiyyətdən tutmuş vaxtilə min cür əzab-əziyyət, işgəncə verdiyi vətəndaşlara, ümumilikdə cəmiyyətə qədər hamıya meydan oxuyur, üstəgəl də açıq reketliklə əldə etdiyi 10 milyonlarla dollarla ölçülən əmlakı bu dövlətdən, deməli həm də onun vətəndaşlarından “sökə-sökə” geri alır və bununla da təkcə Azərbaycan hüquq-mühafizə və məhkəmə sistemi deyil, cəmiyyəti, haqq-ədalət anlayışını asanlıqla ayaq altına alıb tapdalaya bilir...
Ya da olsun DGK sədri Səfər Mehdiyevin, son olaraq isə Vasif Talıbovun aqibəti. Mehdiyevin Azərbaycanın ən zəngin adamlarından birinə çevrildiyini bu ölkədə bilməyən yoxdur. Talıbovun varidatını isə yüz milyonlar yox, milyardlarla hesablamaq olar. Ancaq bu adamlar qətiyyən xalqdan, büdcədən çapıb-taladıqları yüz milyonlara, əziyyət verdikləri insanlara, törətdikləri gizli və aşkar cinayətlərə görə hansısa mənəvi əzab çəkmirlər. Yox.
Sadəcə, yeganə nümunə olan Səlim Müslümov nümunəsini yaşamaqdan narahatdırlar. Ancaq görünən odur ki, narahat olmağa dəymir və onlar da bu gedişlə abutalıbovların, məmmədovların, mahmudovların, məmmədyarovların, qarayevlərin, mehdiyevlərin və s. taleyini yaşayacaqlar. Yeganə “diskomfortları” isə Azərbaycandan kənara çıxmaqda bir balaca çətinlik çəkməkləridir ki, yəqin, bu da zamanla “düzələn işdir”...
Bu gün də sosial müdafiə, səhiyyə sistemindən hüquq-mühafizə və məhkəmə sisteminə, icra hakimiyyətinə kimi hələ nə qədər “şişmə prosesində” olan nazir, icra başçısı, rəis, komitə sədri və s. var. Lakin onlar da nə zamansa uzağı “bir balaca qanqaraçılıqla” canlarını qurtaracaqlarını bilirlər.
Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda təhsil almış “çiçəyi burnunda” mədəniyyət naziri Anar Kərimovun ətrafında baş verənlər və onun istefaya göndərilməsi göstərdi ki, bəzən“yeni, gənc, Avropa təhsilli” kadrların təyinatı da ciddi dəyişikliklərə gətirib çıxarmır və bu kadrların müəyyən qismi düşüncə tərzi, mənəviyyatı, məram və məqsədləri ilə sadəcə, öz talançı, rüşvətxor sələflərinin gəncləşmiş simalarıdırlar.
Bütün bunlar isə o deməkdir ki, cəzasızlığı gərən Azərbaycan məmurları sələflərinin “korrupsiya irsini” qoruyub saxlamaqdan və hətta öz mənəvi atalarına “layiq olmaq” üçün hər cür cinayətə getməkdən çəkinmirlər...
Tehsil-press.az