“İlham Əliyevin bütün bildiklərini öyrənə bilmədim”

“İlham Əliyevin bütün bildiklərini öyrənə bilmədim” “Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə, Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi nahardakı çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, iki ölkə arasında mədəni oxşarlıq var:
“Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyini qoruyub saxlaya bildi. Dostları qazanmaq o qədər də asan deyil. Macarlar üçün bu, xüsusilə çətindir. Dost qazananda sən dostunun bütün səhvlərini bağışlamalısan. Biz macarlar da bir neçə səhv etmişik. Beləliklə, biz səhvlərimizi bağışlamağa hazır olan dostları tapmalıyıq. Həmişə mükəmməl olan dostları qazanmaq asandır. Mən bunu da Prezident Əliyevə dedim. Macarıstanın qismində siz mükəmməl olmayan dost qazanırsınız, cənab Əliyev. O da maraqlı bir şey idi. Bundan daha da önəmlisi var”.
V.Oban qeyd edib ki, eyni dalğada olan ölkələr özlərinin strateji və geostrateji yerləşmə nöqteyi-nəzərindən oxşar olub-olmadıqlarını anlayırlar:
“Bunu anlamaq üçün alim olmaq lazım deyil. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib. Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Tehsil-press.az

Oxşar xəbərlər