Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasının beş illiyi münasibətilə tədbir keçirilib.
İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların və qardaş Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.
Aİİ-nin tələbəsi Yusif Nəcəfovun təqdimatında Quran tilavəti təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
A.Şirinov bildirib ki, xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılması üçün çalışacaq, dini ədavət və düşmənçilik meyillərinin qarşısını alacaq yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əsas mahiyyətini ehtiva edir.
İnstitut rektoru diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin apardığı tədris, təşkil etdiyi respublika və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi institutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub: “İlahiyyat sahəsindəki problemləri araşdıran, təhlil edən, elmi-tədqiqatlar aparan və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır.
Tədris proqramlarını beynəlxalq standartlara uyğun quran, şəffaf və keyfiyyətli tədris həyata keçirən Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin genişlənməsini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, institut dünyanın 25-dən çox aparıcı ali təhsil müəssisəsi ilə imzaladığı protokollara uyğun olaraq, həmin ali təhsil ocaqları ilə tələbə mübadiləsi həyata keçirir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri adından professor Şahlar Əsgərov, dini konfessiya nümayəndələri adından Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək Azərbaycan İlahiyyat İnstitutunun beş illiyi münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinə həsr olunmuş film nümayiş edilib.
Tehsil-press.az