Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında dövlətimizin başçısının Sərəncamını xatırladaraq respublikamızda və ölkədən kənarda genişmiqyaslı tədbirlərin keçirildiyini, bu sahədə AMEA-nın da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, Akademiyanın müvafiq tədbirlər planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında müxtəlif konfranslar keçirilir, nəşrlər hazırlanır. Ümumilikdə 20-dək nəşrin çapının planlaşdırıldığını vurğulayan AMEA rəhbəri 2023-2024-cü illərdə hazırlanacaq “Heydər Əliyev Ensiklopediyasının” 820 sözdən ibarət sözlüyünün layihəsinin artıq Akademiyanın Rəyasət Heyətinə təqdim edildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, cari ildə AMEA-nın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Ümumi yığıncağı da keçiriləcək.
Şəxsiyyəti, siyasəti, dövlət idarəçiliyi ilə dünya miqyasında tanınan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrdə inkişafındakı rolundan bəhs edən akademik İsa Həbibbəyli, eyni zamanda, Ulu Öndərin SSRİ dövründə respublikamızı gələcək müstəqilliyə hazırladığını vurğulayıb.
Hələ sovet hakimiyyəti illərində şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması istiqamətində apardığı genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildiyini deyən AMEA rəhbəri regionlarda məktəblərin, ali təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin, sənaye komplekslərinin, elmi-tədqiqat müəssisələrinin yaradılmasının bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu təşəbbüslər nəticəsində müasir tipli kəndlərin meydana çıxdığını, regionlarda ziyalı təbəqəsinin yaradıldığını bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsas tədbirlərdən birinin də müasir çağırışlara uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönələn dövlət proqramları olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, bu sahədə artıq 4-cü proqram üzrə işlər davam etdirilir. Regionların inkişafına görə keçmiş SSRİ respublikalarının heç birinin Azərbaycanla müqayisə edilə bilməyəcəyini vurğulayan AMEA rəhbəri ölkəmizdə pambıqçılıq, üzümçülük, çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq kimi geniş potensiala malik sahələrin intensiv şəkildə inkişaf etdirildiyini əlavə edib.
Sözügedən proseslərə elmin də öz töhfəsini verməli olduğunu və bu sahədə alimlərimizin qarşısında mühüm vəzifələrin durduğunu bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirin orijinallığı və aktuallığı ilə seçilən olduqca mühüm mövzuya aid olduğunu vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.
Sonra Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov “Azərbaycan regionları: nəzəri-təcrübi təsnifatı və inkişaf dinamikası” mövzusunda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisini xatırladan baş direktor müxtəlif illərə dair statistik məlumatları təqdim edərək “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” ölkə rəhbərinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə regionların inkişafında yeni mərhələnin başladığını, ümumilikdə 14 iqtisadi rayonu əhatə edən bu sənədin alimlərimiz tərəfindən aparılacaq tədqiqatların müəyyənləşməsində də yol xəritəsi olacağını bildirib.
Tədbirdə “Heydər Əliyevin regionların inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası”, “Heydər Əliyev və Qarabağın sosial-iqtisadi inkişafı”, “Heydər Əliyev və Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin sosial-iqtisadi və mədəni inkişafı”, “Heydər Əliyev və regionlarda elmin inkişafı”, “Heydər Əliyev və bölgələrdə mədəniyyətin inkişafı” və “Heydər Əliyevin regionların inkişaf siyasətinin müasir mərhələdə davamı” mövzularında məruzələr dinlənilib.
Tehsil-press.az