AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.
Konfransın təşkilində AMEA-nın Şərqşünaslıq İnstitutu ilə yanaşı, Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyəti, Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının Hebey Universiteti də iştirak edir.
Konfransa Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim qatılıb.
Konfransın açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq, ölkəmizdə, o cümlədən AMEA-da bir sıra tədbirlər keçirildiyini bildirib. Akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan akademik İsa Həbibbəyli görkəmli alimin gözün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatları olduğunu vurğulayıb, Fiziologiya İnstitutunda Zərifə Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyada dəyərli araşdırmalar aparıldığını qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva qadın azadlığı, qadının cəmiyyətdə və ailədə rolu, onun təhsili, ictimai həyatda iştirakı, gender bərabərliyi və digər məsələlərin istər Qərbdə, istərsə də Şərqdə maarifpərvər ziyalıları daim düşündürdüyünü, çoxsaylı bədii əsərlərin mövzusu olduğunu, tarixin müxtəlif mərhələlərindən keçərək bərabərsizliklə üzləşən qadınların öz hüquqları uğrunda mübarizə apardıqlarını deyib: “Hazırda dünyanın əksər ölkələrində qadınlar kişilərlə bərabər hüquq əldə edərək, bir çox uğurlara imza atıblar və həyatın ən müxtəlif sahələrində öz sözünü deməyə müvəffəq olublar. Bu baxımdan konfransımızın əhatə etdiyi mövzular - tarix və ədəbiyyatda qadın, elmdə və təhsildə qadın, incəsənət və mədəniyyətdə qadın, günümüzdə qadın, müasir dövrdə qadın problemləri – dəyişən dünyada qadının rolunu hərtərəfli işıqlandırmağa imkan yaradacaq”.
G.Baxşəliyeva görkəmli alim-oftalmoloq Zərifə Əliyevanın səhiyyə tarixində əvəzedilməz yeri, oftalmologiya sahəsində geniş elmi axtarışları olduğunu qeyd edib, Zərifə xanımın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazının canlandığını deyib.
Daha sonra konfransın təşkilatçıları olan xarici elmi və ictimai qurumların nümayəndələrinin videoçıxışları təqdim edilib.
Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti tarix üzrə elmlər doktoru, professor İqor Turitsın qadın hərəkatının Qərbdə təşəkkülü tarixindən danışaraq, Şərqdə bu hərəkatın nisbətən sonra başlandığını qeyd edib, əvvəlki əsrlərdə Şərqlə yanaşı Qərbdə də qadın hüquqlarının qorunmadığını bildirib. Rusiyada ötən əsrin əvvəllərindən qadınların fəallığının artmasından danışan İ.Turitsın, onların ictimai-siyasi həyatda rolundan bəhs edib.
Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu üzrə Qadınlar Cəmiyyətinin vitse-prezidenti professor Əmirə Əbdulhəkim konfransda dinlənilən mövzularda məruzələrin əhəmiyyətini qeyd edib.
Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktor müavini iqtisad elmləri doktoru Duysen Qalımjan müasir dünyada geosiyasi risklərin və insanların həyat və fəaliyyətinin dayanıqlığının artması şəraitində sülhün, xeyirxahlığın və inkişafın rəmzi kimi çıxış edən qadınların ictimai həyatda rolundan danışıb. Tarixin qadınların qlobal inkişaf yolunda əzmkarlıq, fədakarlıq nümunələri ilə zəngin olduğunu deyən D.Qalımjan fikrini nümunələrlə əsaslandırıb.
Tədbirdə AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı “İslamda qadın hüquqları və gender bərabərliyi”, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə “Qadına fəlsəfi baxış” mövzusunda məruzələr ediblər.
Daha sonra konfransın bölmə iclasları keçirilib. Konfransa martın 7-də yekun vurulacaq.
Tehsil-press.az