UFAZ-ın fizika müəllimi Strasburq Universitetində tədqiqat aparıb

UFAZ-ın fizika müəllimi Strasburq Universitetində tədqiqat aparıb Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi-tədqiqat fəaliyyəti çərçivəsində UFAZ-ın fizika müəllimi və yerli koordinatoru Gülyaz Nəcəfova Strasburq Universitetində (Unistra) tədqiqat aparıb.
G.Nəcəfova, eyni zamanda, Bakı Mühəndislik Universitetinin doktorantıdır. Tədqiqat onun fəlsəfə doktoru elmi dərəcəsi ilə bağlıdır. O, Strasburqdakı Membranların Biofizikası və NMR Laboratoriyasında Unistra professoru Filip Bertaninin rəhbərliyi altında elmi-tədqiqatla məşğul olub. G.Nəcəfovanın tədqiqatı amiloid-beta (25-35) peptidlə bağlıdır. O, amiloid-beta peptid molekulunun quruluşu, müxtəlif sulu məhlullardakı modeli haqqında önəmli məlumat verə biləcək NMR metodunu tətbiq edir.

Tehsil-press.az


Oxşar xəbərlər