BSU Bolqarıstanın Veliko Tırnovo Universiteti ilə əməkdaşlıq edəcək

BSU Bolqarıstanın Veliko Tırnovo Universiteti ilə əməkdaşlıq edəcək Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində olub.
Rektor Anar Nağıyev və Veliko Tırnovo Universitetinin rektoru professor Xristo Bonjolov görüş zamanı tələbə və müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi, universitetlər arasında təhsilin bütün istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bildiriblər. Sonra rektorlar iki universitet arasında gələcək əməkdaşlığa dair müqavilə imzalayıblar.
Xristo Bonjolov BSU ilə əməkdaşlığın tələbələrin Azərbaycana marağının artmasına səbəb olduğunu, əlaqələrin bundan sonrakı inkişafının hər iki tərəf üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Anar Nağıyev bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Veliko Tırnovo Universitetinin fəxri doktoru olması, həmçinin Azərbaycanın dilbər guşəsi Şuşanın Veliko Tırnovo ilə qardaşlaşmış şəhər olması kimi amillər bizi daha da doğmalaşdırır. O, imzalanmış müqaviləyə uyğun olaraq universitetlər arasında tələbə və müəllim mübadiləsinin dəstəklənəciyini diqqətə çatdırıb. Rektor BSU-da bolqarıstanşünaslıq ixtisası və bolqaristika üzrə tədrisin inkişaf etdirlməsində Veliko Tırnovo Universitetinin rolunun daha da artacağına inamını ifadə edib.
Daha sonra BSU-nun nümayəndə heyəti Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş “Trapezitsa” Memarlıq Muzey-Qoruğu ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər