Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Kimya - həyatımızın parçası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor Namiq Şıxəliyev, BDU TEC-in sədri İsa İsayev Tələbə Elmi Cəmiyyətinin yüksəkixtisaslı kimyaçı kadrların yetişməsindəki rolunu vurğulayıblar.
Qeyd olunub ki, TEC istedadlı və bacarıqlı tələbələrin aşkara çıxarılmasında, onların elmi fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. TEC tələbələrin kafedra və elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqatlara yönləndirilməsinə, olimpiadalarda iştirakına, bacarıqlarının artırılmasına, kimyanın sirlərinə dərindən yiyələnmələrinə öz töhfəsini verir.
Sonra TEC-in üzvləri Arzu Süleymanova, Aytac Vəliyeva və Fərid Abbasov “Kimyanın insan həyatında rolu”, “Kimyəvi gigiyena və kosmetika”, “Kimya elminin insan sivilizasiyasının inkişafındakı rolu” mövzularında məruzə ediblər.
Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tehsil-press.az