Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniya -“ağ ölüm” adlı tədbir keçirilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov ölkədə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulanıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı mübarizədə fəal mövqe tutmalıdır.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin uzun müddət qalıcı olduğunu qeyd edib, bu asılılığın məhvə apardığını bildirib.
Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev, sədr müavini Zenfira Hüseynzadə və IV kurs tələbəsi Hüseyn Quluzadə yeniyetmə və gənclər arasında narkomaniyanın zərərləri ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb, narkotik bitki və maddələrin mənşəyi, tərkibi, yayılma formaları, törətdikləri fəsadlar haqqında məlumat veriblər.
Sonra narkomaniyanın acı nəticələri, “ağ ölüm”ə qarşı mübarizə tədbirləri haqqında videocarx nümayiş olunub.
Tehsil-press.az