BDU-da “Asılılıq psixologiyası” mövzusunda təlim

BDU-da “Asılılıq psixologiyası” mövzusunda təlim Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Asılılıq psixologiyası” mövzusunda təlim keçirilib.
Tədbirdə fakültənin dekan müavini Taleh Qəhrəmanov pis vərdişlərin, sosial şəbəkələr və kompüter oyunlarına aludəçiliyin yaratdığı asılılıq hissinin gənclərin şəxsiyyətinə, təhsilinə, ailə-məişət münasibətlərinə, sağlamlığına vurduğu zərərlər haqqında məlumat verib. O, tələbələrə zərərli vərdişlər yarada biləcək hərəkətlərdən uzaq olmağı tövsiyə edib.
Kimya fakültəsinin “SABAH” qruplarının IV kurs tələbəsi Qalibə Səmədzadə qeyd edib ki, asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini zəiflədir, narkotik maddələr, alkoqol insanın şüurunu dəyişdirir və eyforiyaya səbəb olur.
Sonra narkotik vasitələr, psixotrop maddələr və narkomaniyanın törətdiyi fəsadları əks etdirən maarifləndirici videocarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər