Fizika İnstitutunda yeni təşkilat təsis edilib

Fizika İnstitutunda yeni təşkilat təsis edilib Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Renessans” (Renaissance) adlı yeni təşkilat təsis etmək məqsədilə toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının rəhbəri fizika elmləri doktoru, dosent Təranə Nurubəyli bildirib ki, təşkilatın məqsədi institutun bir qrup həmfikir elm insanlarının bir araya gələrək elmi tədqiqatlarda fəaliyyətinin qurulması, elm və təhsilin inteqrasiyasına, kommersiyalaşmasına müxtəlif təyinatlı layihələrdə iştirak etməklə nail olunması, dünya elmində mövcud problemlərin həllində istifadə olunan metodların öyrənilməsi və tətbiqi, eləcə də elmin inkişafına təsir edəcək vasitələrə söykənərək töhfələrin verilməsidir.
Daha sonra təşkilatın təsis olunması və idarə heyətinin seçilməsi üçün gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, böyük elmi işçi, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova sədr, elmi işçi Dünyamalı Məmmədov sədr müavini, baş mütəxəssis Məhbubə Vəliyeva katib seçiliblər.
Sonda yeni seçilmiş sədr Səidə Məmmədova qeyd edib ki, təşkilatın qarşısında qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq işlərin aparılması üçün onun strategiyasının yaradılması əhəmiyyətlidir. Bunun üçün ilk olaraq yol xəritəsinin tərtib edilməsi və taktiki fəaliyyətin müəyyənləşdirilməsi vacibdir. O, məsuliyyətli işdə ona göstərilən etimada görə minnətdarlığını bildirib və qrupun birgə fəaliyyəti zamanı uğurlu nəticələrin əldə ediləcəyini vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər