Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə nəzarət mərkəzinin 2021–2022-ci tədris ilinin yaz sessiyasına hazırlıq məqsədilə fakültələr üzrə təşkil etdiyi silsilə təcrübə mübadiləsi təlimləri yekunlaşıb. Universitetin bütün fakültələrində keçirilən təlimlərdə dekanlar, kafedra müdirləri, dosentlər iştirak ediblər.
Memarıq fakültəsinin dekanı Zahidə Məmmədova, İnşaat fakültəsinin kafedra müdiri Müxlis Hacıyev, Nəqliyyat fakültəsinin dosenti İsmayıl Çobanzadə, İnşaat-texnologiya fakültəsinin kafedra müdiri İradə Şirinzadə və dosent Emil Qafarov, Tikinti-iqtisad fakültəsinin dosenti Aydın Nəbiyev və başqaları təlimlərdə öz təcrübələrini bölüşüblər, tədrisin keyfiyyətli alınması üçün yeni metod və üsulların tətbiqindən danışıblar, təklif və tövsiyələrini veriblər.
Xatırladaq ki, təlimlər tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin qabaqcıl təcrübələrinin paylaşılması və başqalarının faydalanması məqsədilə keçirilib.
Tehsil-press.az