AzMİU-nun müəllimi Türkiyənin Ege Universitetində mühazirə oxuyub

AzMİU-nun müəllimi Türkiyənin Ege Universitetində mühazirə oxuyub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub.
Səfər çərçivəsində Şahmar Rəfili Ege Universitetinin prorektoru Mehmet Ersan, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və s. əməkdaşlarla görüşlər keçirib, faydalı müzakirələr aparıb. Gələcəkdə hər iki universitet üçün maraq kəsb edən elmi-tədris layihələri və onların reallaşdırılması istiqamətində görüləcək işlərdən danışılıb. AzMİU-nun müəllimi Ege Universitetinin İnşaat fakültəsinin müəllimləri və magistrantları üçün mühazirə də oxuyub. O, həyat fəaliyyətinin təhlükəsizliyi, inşaat sahəsində işçilərin təhlükəsizliyi, yeni normalar və Azərbaycanda qazanılan təcrübə, eləcə də AzMİU-da bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verib. Həmçinin müxtəlif laboratoriyaları gəzib, tələbələrin apardığı təcrübələri izləyib.
Sonda mübadilə proqramına qatıldığı üçün Şahmar Rəfiliyə "Orhun" mübadilə proqramının diplomu təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər