Gürcüstanın əsas aparıcı ali təhsil ocaqlarından olan İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) fəaliyyət göstərən “Heydər Əliyev auditoriyası” əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Yeni auditoriyada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, keçirdiyi görüşləri əks etdirən nadir fotolar, kitablar və digər vasitələr saxlanılır. 2008-ci ildən fəaliyyət göstərən auditoriya bu il Azərbaycan səfirliyinin təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə yenidən əsaslı təmir olunub. Buradakı eksponatlar yenilənib.
Yeni auditoriyanın açılışında çıxış edən TDU-nun rektoru Jaba Samaşia təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib, gələcəkdə burada Azərbaycanşünaslıq fakültəsinin yaradılacağını diqqətə çatdırıb.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əməkdaşlıq haqqında məlumat verib. O, 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu diqqətə çatdırıb və bu münasibətlə keçirilən silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, qardaş Gürcüstanda da Ulu Öndərin 100 illik yubileyinin geniş qeyd edilməsi bizim dostluğumuzun bariz nümunəsidir.
Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili ADA Universiteti ilə Gürcüstanın üç ali təhsil ocağı arasında imzalanan əməkdaşlıq haqqında müqavilələrin əhəmiyyətindən danışıb.
ADA Universitetinin rektoru Hafiz Paşayev TDU-da "Heydər Əliyev auditoriyası"nın açılışını yüksək qiymətləndirib. O, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin daim təhsilə yüksək qiymət verdiyini qeyd edib.
Tədbirdə Azərbaycan səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Tehsil-press.az