AzTU əməkdaşları Rumıniyada beynəlxalq həftədə iştirak ediblər

AzTU əməkdaşları Rumıniyada beynəlxalq həftədə iştirak ediblər Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində “Erasmus+” proqramı çərçivəsində beynəlxalq həftə keçirilib.
Tədbirdə iştirak edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli AzTU haqqında təqdimatla çıxış ediblər.
Beş gün davam edən tədbir çərçivəsində transmilli təhsil tərəfdaşlığı, “Erasmus+” çərçivəsində mübadilə və layihə imkanlarının dəyərləndirilməsi və həyata keçirilməsi mexanizmləri ilə bağlı təlimlər keçirilib, həmçinin müxtəlif fakültələrdə görüşlər təşkil edilib.
Səfər çərçivəsində AzTU nümayəndələri hazırda Buxarest İqtisadiyyat Universitetində “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil alan İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Emil Gebekbəyov və Ramiz Səlimovun fəaliyyəti ilə də tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər