Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub.Nazir filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, professor-müəllim heyəti ilə görüşüb.
Filialın direktoru Arif Rüstəmov nazirə tədris prosesi, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində görülən işlər barədə məlumat verib, qarşıya qoyulan vəzifələrdən danışıb.
Nazir Emin Əmrullayev BDU-nun Qazax filialının kollektivinə öz tövsiyələrini verib, uğurlar arzulayıb.
Tehsil-press.az







