Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır
Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.
Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. İnsanları fəlakətə sürükləyən, cinayətlərə səbəb olan, taleləri məhv edən narkotik maddə istifadəçilərini tədricən uçuruma aparır, ölümə sürükləyir. XX yüzilliyin sonunda narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vurub, qarşısıalınmaz bir təhlükəyə çevrilib.Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib.Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Narkotiklərdən istifadə və narkomanlığın tarixi çox qədimdir.
Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyildir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Narkomanlıq-xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir.
Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS xəstəliyidir. Fiziki (kompulsiv) meyil narkomaniyanın əsas əlamətlərindən biri olub narkotizasiyaya güclü meyil ilə müşahidə olunur. Meyil yüksək intensivlikdə olub, hətta həyati vacib meyillərdən olan susuzluq və aclıq hissini də üstələyir. Kompulsiv meyl nəinki əhval-ruhiyyəni və affektiv fonu təyin edir, həmçinin davranışı, digər motivlərin aradan qaldırılmasını kontrol edir. Xəstələrin hərəkət və davranışlarını motivasiya edir. Bu zaman bütün istəklər narkotik vasitə əldə etməyə yönəlir. Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür. Onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır.Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmaların xüsusən ağırlaşması onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünənəzarətin olmaması ilə şərtlənir. Beləliklə, eyforiya vəziyyətində yeniyetmələr yaşlılara nəzərən hüquq pozuntularına daha çox meyilli olurlar. Düzgün olmayan sosial-mənəvi istiqamətlənmə nəticəsində, narkotik eyforiya və ya abstinensiya vəziyyətində olan yeniyetmə tərəfindən törədilən hüquqpozuntuları və ya cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bəzən vandalizm doğurur, bir sıra hallarda xüsusi qəddarlığı ilə fərqlənir.
Təbii ki, hər bir dövlət əhali arasında narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin bütün dünyada mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Narkomaniya ildən-ilə cavanlaşır. Hətta 13-14 yaşa belə keçib, 20-25 yaşlılar arasında kütləviləşmə daha çoxdur. Səbəb isə ailədə, cəmiyyətdə uşaqların tərbiyəsinin düzgün verilməməsidir. Gənc nəsil arasında narkotiklərdən istifadə əsasən ölümlə nəticələnir. Bu isə cəmiyyətin bu gününə və gələcəyinə ağır təsir göstərən faciədir.Təəssüfki, Azərbaycanda da əsrin bəlasına mübtəla olanların sayı artmaqdadır. Bu barədə statistik məlumatlar ciddi həyacan təbili çalır.Belə ki, ölkəmizdə narkotika aludəçilərinin sayı 30 mindir. Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilmiş, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Ölkə rəhbərinin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində uğurlu addımlar atılır. Respublika Prezidenti İlham Əliyev Dövlət Proqramının davamı olaraq 2013-2018-ci illər üçün növbəti sərəncam imzalayıb.Öikə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2019-2024-cü illər)”na uyğun olaraq narkomanlığa və narkotik vasitələtin qanunsuz dövriyyəsinə qarşı mübarizə dəhşətli bəlaya qarşı həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm hissəsi kimi dəyərləndirilməlidir. Hər şeydən öncə, narkotizmlə və narkobizneslə mübarizə cəmiyyətin sağlamlığının qorunması zərurətindən irəli gəlir. Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılmış, təkmilləşdirilmiş və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.Azərbaycan narkomaniyanın Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində mübarizədə öz köməyini əsirgəmir.
Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.Azərbaycanda da narkotiklərin qanunsuz dövriyyəsi və narkotiklərdən istifadə mövcuddur. Qüdrətli inkişaf yolunda inamla irəliləyən ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində uğurlu işlər nəzərəçarpacaq dərəcədədir. Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir. Narkotizmlə mübarizə uzunmüddətli , çoxşaxəli , böyük maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir . Bu mübarizədə əldə olunan müsbət nəticələrin miqyasını genişləndirmək üçün maarifləndirici tədbirlərə xüsusi diqqət yetirilməlidir. Bəşəriyyəti narahat edən ən mühüm problemlərdən olan narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal olmalıdır.
Ismayil Rövşənov
Sabuncu rayon prokurorunun boyuk komekcisi,
Kicik edliyye musaviri