
“Academindex” dünyanın müxtəlif ölkələrində elm, səhiyyə və sosial elmlər sahələrində nəşr olunan keyfiyyətli elmi jurnalları indeksləşdirən beynəlxalq indeksdir. Bu, təxminən 8 min jurnalda və 7 milyondan çox məqalədə mövzular, açar sözlər, müəlliflər, sitatlar və biblioqrafiya üçün axtarış edilə bilən müasir məlumat bazasıdır.
“Academindex” elmi jurnalları müntəzəm olaraq nəzərdən keçirir və qiymətləndirir; tədqiqatçılara elmi dünyaya töhfə verən jurnallarda dərc olunan məqalələrə çıxış imkanı yaradır. “Academindex” 2023-cü ilə qədər 8 minə yaxın keyfiyyətli elmi jurnalı indeksləşdirib.
Tehsil-press.az