Rəqəmsal təhsil məhsullarının reallaşdırılmasına dair qrant layihəsinin təqdimatı keçirilib

Rəqəmsal təhsil məhsullarının reallaşdırılmasına dair qrant layihəsinin təqdimatı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının reallaşdırılması” adlı qrant layihəsinin təqdimatı keçirilib.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin müdiri professor Zahid Məmmədov qrant layihəsinin elmi əhəmiyyətini vurğulayıb.
Sonra qrant layihəsinin rəhbəri dosent Afaq Hüseyn layihənin məqsədi, həyata keçirilən araşdırmanın istiqaməti və nəticələrindən danışıb. Bildirib ki, layihədə rəqəmsal təhsil məhsullarının satış həcminin ümumi daxili məhsula və müəlliflərin gəlirlərinə təsirini müəyyən etmək vəzifə kimi qarşıya qoyulub. Layihə ilə bağlı “Scopus” bazasına daxil olan jurnallarda iki elmi məqalənin çapa qəbul olunması qeyd edilib. e-ders.az saytı isə rəqəmsal təhsil məhsullarının alqı, satqı və mübadiləsinin onlayn həyata keçirilmə mexanizmi kimi təqdim edilib.
Tədbirdə e-ders.az saytından bəhs edən videoçarx nümayiş olunub.
Müzakirələrdə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəyli, İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Xəyalə Fətullayeva, Dövlət Statistika Komitəsinin sektor müdiri Aypara Əliyeva və digər çıxış edənlər layihə ilə bağlı fikirlərini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər