Zaporojyedə yaşayış binası raketlə vurulub, ölənlər var

Zaporojyedə yaşayış binası raketlə vurulub, ölənlər var Keçən gecə Rusiya silahlı qüvvələri Zaporojye şəhərinə raketlərlə hücum edib. Raketlərdən biri şəhərin mərkəzindəki beşmərtəbəli yaşayış binasına düşüb.
Yerli polisin məlumatına görə, binanın üç mərtəbəsi dağılıb. Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində 8 mənzilin dağıldığını açıqlayıb. İlkin məlumatlara əsasən, iki nəfər həlak olub. Biri qadın olmaqla, üç nəfərin yaralandığı bildirilir, üç nəfər də itkin düşmüş hesab edilir.
Hazırda hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam etdirilir. Binanın 50-yə yaxın sakini təxliyə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər