Yaxın Şərqdə baş verən silahlı toqquşmadan az sonra Amerikanın hərbi sənayesində fəaliyyət göstərən korporasiyaların aksiyalarının qiymətində 7 faiz artım müşahidə edilib.
Mövzu ilə bağlı “The Guardian” qəzeti məqalə hazırlayıb. Məqalədə bildirilib ki, ABŞ-ın “Morgan Stanley” və TD bankları (onlar ABŞ-ın iri maliyyə korporasiyalarıdır) yaxın gələcəkdə hərbi aviasiya və silah istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin aksiyalarının qiymətinin daha da artacağını proqnozlaşdırıblar.
İnsanların qətlə yetirilməsi və dağıntıları o qədər də diqqətə almayan TD bankın baş direktoru Kay fon Rumora mətbuat konfransı zamanı bildirib ki, rəhbərlik etdiyi bank silah və hərbi aviasiya sahəsində fəaliyyət göstərən “General Dynamic” korporasiyasına 16 milyon dollar həcmində sərmayə yatırıb və bu sərmayə özünü doğruldacaq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezident Cozef Bayden müttəfiqlərinə yardım göstərmək üçün Konqresdən 106 milyard dollar vəsaitin buraxılmasını istəyib. Bu vəsait hesabına hərbi sənaye korporasiyaları yeni sifarişlər alaraq tam qüvvəsi ilə işə düşəcək və istehsal olunan silahların satışından külli miqdarda gəlir əldə olunacaq.
Qəzet qeyd edir ki, bu səbəbdən dövlət siyasətinə əsaslı təsir imkanları olan maliyyə korporasiyaları münaqişələrin eskalasiya olunaraq uzun müddət davam etməsində maraqlıdırlar.
Tehsil-press.az