Şengen vizası rəqəmsallaşdırılır

Şengen vizası rəqəmsallaşdırılır Avropa İttifaqı Şengen vizasına müraciətlərin onlayn şəkildə həyata keçirilməsini nəzərdə tutan qaydaları təsdiqləyib.
Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qaydalara əsasən, pasportlara yapışdırılan viza stikerini artıq kriptoqrafik barkod əvəz edəcək. Viza ilə bağlı barkodu mobil cihazlara yükləmək mümkün olacaq.
Müraciətlər vahid internet platforması üzərindən və müxtəlif dillərdə həyata keçiriləcək. Tələb olunan sənədlərin rəqəmsal surətləri bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu da onlayn formada ödəniləcək. Platforma Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.
Bundan sonra yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar Şengen zonası ölkələrinin səfirlik və konsulluqlarına getməli olacaqlar.
Artıq rəqəmsal Şengen vizası ilə bağlı siyasi proses tamamlanıb və geriyə yalnız texniki tənzimləmələr qalıb. Qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək. Rəqəmsal müraciətlərin nə vaxt başlayacağı onlayn viza platformasında texniki işlər tamamlandıqdan sonra elan ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər