Qazaxıstanlı memarlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. Onların Azərbaycana səfər “Qloballaşma şəraitində müstəqil Qazaxıstan memarlığının regional identikliyi dayanıqlı inkişaf faktoru kimi” qrant layihəsi əsasında gerçəkləşib.
Qazaxıstanın Baş Memarlıq və İnşaat Universiteti Memarlıq fakültəsinin professoru, layihənin elmi rəhbəri Gülnar Abdırasilova və dosent Leyla Rəhimcanova səfər çərçivəsində AzMİU-nun akademik heyəti və tələbələri ilə görüşüblər.
İtaliya-Azərbaycan Dizayn Mərkəzində keçirilən görüşdə Leyla Rəhimcanova “Alma Turanın simvoludur” mövzulu geniş təqdimatla çıxış edib.
Təqdimatdan öncə Mərkəzin direktoru Fərid Kərimov qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Türk xalqlarının ortaq mədəni bağlarına diqqət çəkən Fərid Kərimov Azərbaycan və Qazaxıstan, eləcə də iki ölkənin ali təhsil müəssisələri arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Gülnar Abdırasilova da çıxışında ölkələrimiz arasında əlaqələrin dərin köklərə dayandığını, Azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmaqla etnik, dini, mədəni dəyərlər baxımından bir-birinə yaxın olduğunu söyləyib. AzMİU ilə çalışdığı ali təhsil ocağı arasında sıx və sağlam əməkdaşlığa diqqət çəkən Gülnar Abdırasilova gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Professorun çıxışından sonra Leyla Rəhimcanovanın “Alma Turanın simvoludur” mövzusunda təqdimatı dinlənilib.
Təqdimatda bildirilib ki, alma türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, həmçinin olma, ulma, ulmo olaraq işlənir: “Qazaxıstanın paytaxtı Almatının köhnə adı Alma-Atadır və almanın dünyaya buradan yayıldığına inam var. Yer üzündə az qala hər coğrafiyada yetişməsi onu bir simvola çevirib. Bu günə qədər “Qızıl Alma” idealı müxtəlif aspektlərdən araşdırılıb, “Qızıl Alma”nın mifoloji, dini, milli, coğrafi, tarixi, siyasi, dövlətçilik, ədəbi özəllikləri meydana çıxarılıb, türk, Şərq və Qərb mənbələrinə istinad olunaraq bu idealın türk və islam dünyasında, Qərb və xristian dünyasında çeşidli xüsusiyyətləri, fərqli səciyyələri və ortaq tərəfləri şərh olunub”.
Tarixi mənbələrə söykənən məruzəçi bu müqəddəs meyvənin memarlığa da təsirsiz ötüşmədiyini qeyd edib. Onu da vurğulayıb ki, müasir zamanda aparılan elmi araşdırılmalar “Qızıl Alma” ilə bağlı bir çox nümunələri aşkara çıxarmağa imkan verir. Tarixi abidələrdə, memarlıq nümunələrində, geyimlərdə və bunun kimi bir çox məqamlarda biz bunun canlı şahidi oluruq.
Təqdimatdan sonra qazaxıstanlı memarlar “Qızıl Alma” fəlsəfəsini ortaya qoymaq, onu tətbiq etmək, türk izlərini aşkar etmək, dünya mədəniyyətinə türklərin verdiyi töhfələri meydana çıxarmaq üçün birgə çalışmaların aparılması təklifini irəli sürüblər.
Tehsil-press.az