Pisa-2022 - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının nəticələri açıqlanıb

Pisa-2022 - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının nəticələri açıqlanıb Pisa-2022 - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (Programme for International Student Assessment) nəticələrinə əsasən müəyyən edilib ki, 15 yaşlı isveçli məktəblilər riyaziyyat, təbiətşünaslıq və oxuduğunu anlamada əhəmiyyətli dərəcədə geri qalırlar.
“Nəticələr həm də göstərir ki, yaxşı oxuyan və bütün lazımi bilikləri əldə edən tələbə qrupları var. Lakin elə bir qrup var ki, o haqq etdiyi təhsili almır”, - deyə İsveç Milli Təhsil Agentliyinin baş direktoru Peter Fredriksson bildirir. Oxşar azalma Şimali Avropa və İqtisadi Əməkdaşlıq Təşkilatının digər ölkələrində də müşahidə olunur.
Bu il “Pisa”da iştirak edən bütün ölkələrin aşağı göstəriciləri pandemiya ilə izah olunur.
“Mən nəticələri görəndə o qədər də təəccüblənmədim. Eyni tendensiya digər tədqiqatlarda da müşahidə edilib və biz bilirdik ki, bu tədqiqat pandemiya ilə birbaşa əlaqədə aparılıb və bildiyimiz kimi, o, tələbələrin bilikləri qavramasına təsir göstərib. Pisa 2022 nəticələri tədqiqatların 23 il əvvəl başladığından bəri ən aşağı səviyyəyə düşüb. Nəticələrin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, isveçli tələbələr hələ də OECD ölkələrindəki orta göstəricidən daha yaxşı göstəricilər nümayiş etdirir. Göstəricilər Danimarka və Finlandiya ilə müqayisədə bir qədər aşağıdır, lakin Norveçdən yüksəkdir”, - deyə Peter Fredriksson mətbuat konfransında bildirib.
İsveç məktəbliləri Aİ-də yeddinci yerdədir.
Estoniyalı şagirdlər riyaziyyat, təbiətşünaslıq və oxuduğunu anlamada son Piza testində Aİ-də ən yaxşı nəticə göstərirlər. Ən aşağı nəticələr Kipr və Bolqarıstan məktəblilərinə aiddir.

Tehsil-press.az



Oxşar xəbərlər