“Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” - konfrans

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” - konfrans AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib.
Konfransı açan icraçı direktor tarix elmləri doktoru İlqar Niftəliyev “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb.
Konfransda tarix elmləri doktoru Ədalət Şükürovun “Heydər Əliyev-100: müasir Azərbaycan dövlətinin banisi və memarı” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi vurğulayıb ki, bu gün ölkəmiz Heydər Əliyevin siyasətinin uğurlarını hiss edir. Prezident İlham Əliyev bu siyasəti qətiyyətlə davam etdirir. Bunun nəticəsidir ki, ölkəmiz inkişaf tempinə görə dünya dövlətləri arasında lider mövqedə dayanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu ilin sentyabr ayında 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin tarixi əraziləri üzərində suverenliyi tam təmin edilib.
Tədbirdə tarixçi alimlərdən Leyla Hüseynovanın “Heydər Əliyev və azərbaycançılıq ideyası”, Nigar Axundovanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Tamilla Kərimova-Kocayevanın “Heydər Əliyev və müasir Azərbaycan elminin inkişaf istiqamətləri” və Günel Aslanlının “Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzələri dinlənilib.

Tehsil-press.az




Oxşar xəbərlər