Ədəbiyyat İnstitutunda gürcü alimlərlə görüş

Ədəbiyyat İnstitutunda gürcü alimlərlə görüş Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Gürcüstan alimləri ilə görüş keçirilib.
Görüşdə Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qarşılıqlı çap olunan kitabların əhəmiyyətindən danışıb. M.Həsənli Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə hazırladığı “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini xüsusi qeyd edib. O, Ədəbiyyat İnstitutunun strukturu və şöbələri haqqında məlumat verib, elmi müəssisənin nəşrlərini qonaqlara hədiyyə edib.
Gürcü Ədəbiyyatı İnstitutunun direktoru filologiya elmləri doktoru, professor İrma Radiani qarşılıqlı əlaqələrin əhəmiyyətini qeyd edib, görülən işlərin gələcək əməkdaşlığa təkan verəcəyini deyib.
Görüşdə Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini filologiya elmləri doktoru, professor Maqa Elbaqidze və filologiya elmləri doktoru, professor İrine Modebadze də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər