Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə “UI Green Metric World University” reytinq sisteminin siyahısında yer alıb.
AzMİU 2017-ci ildən nəşr edilən “UI Green Metric World University” reytinq sisteminin “Ekoloji cəhətdən dünyanın ən dayanıqlı universitetləri” siyahısında təmsil olunur. Bu il AZMİU sıfır emissiyalı nəqliyyat vasitələrinin istifadəsi və tullantıların emalı meyarları üzrə ən yüksək nəticə əldə edərək dünya üzrə 813-cü yerdə qərarlaşıb.
“UI Green Metric World University” ekologiya sahəsini əhatə edən yeganə beynəlxalq reytinq sistemidir və ətraf mühitin çirklənməsi problemlərini aradan qaldırmağa kömək göstərməyi özünə hədəf seçib. Platformanın məqsədi akademik cəmiyyəti reytinq bazasında iştiraka cəlb edərək ekoloji tarazlığın qorunmasına nail olmaqdan ibarətdir. Bu səbəbdən də reytinq bazasının əsasını enerjiyə qənaət, suyun səmərəli istifadəsi, tullantıların emalı, zəhərli tullantıların azaldılması, universiteti əhatə edən yaşıllıqların sahəsi və sıfır emissiyalı nəqliyyat vasitələrinin istifadəsi kimi meyarlar təşkil edir.
Tehsil-press.az