BDU tələbəsi “Dəmir yumruq” intellektual müsabiqəsində uğur qazanıb

BDU tələbəsi “Dəmir yumruq” intellektual müsabiqəsində uğur qazanıb Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tələbələr arasında keçirilən hüquq sahəsində “Dəmir yumruq” intellektual müsabiqəsinin final mərhələsi başa çatıb.
Final mərhələsinin ikinci hissəsində Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Hüquqşünaslıq ixtisası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin komandalarının kapitanları arasında yarış təşkil olunub. Yarış Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyat və fəaliyyəti, həmçinin Qarabağ Zəfərinə aid 15 testin cavablandırılması ilə başa çatıb.
“SABAH” qruplarının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aytac Əliyeva komanda kapitanları arasında yarışda ikinci yerə layiq görülüb.
Müsabiqəyə təşkilati dəstək və elmi əlaqələndirmə Vəkillər Kollegiyasının Akademiyası, “Kəngərli və Partnyorları” Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilib.

Tehsil-press.az


Oxşar xəbərlər