BDU tələbələri “Vəkil olmaq istəyirəm” II yay məktəbində iştirak ediblər

BDU tələbələri “Vəkil olmaq istəyirəm” II yay məktəbində iştirak ediblər Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin 18 tələbəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” II yay məktəbində iştirak edib.
Yay məktəbində iştirak edən 55 hüquqşünas tələbə üçün peşəkar biliklərin artırılması məqsədilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçirilib.
Yay məktəbində tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə intellektual və idman oyunları, Şəki şəhərinə səyahət təşkil olunub.

Tehsil-press.az


Oxşar xəbərlər