Avrokomissiyanın sədri: Bosniya və Herseqovinanın Aİ-yə inteqrasiyada irəliləyiş var

Avrokomissiyanın sədri: Bosniya və Herseqovinanın Aİ-yə inteqrasiyada irəliləyiş var Bosniya və Herseqovinanın Avropa İttifaqına üzvlük prosesində müsbət irəliləyişin şahidiyik.
Avrokomissiyanın sədri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda müxtəlif görüşlər keçirib. O, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelka Tsviyanoviç, Jelko Komşiç və Denis Beçiroviçlə görüşdə Aİ-yə inteqrasiya yolunda demokratiya və qanunun aliliyi sahələrində daha çox irəliləyişin vacibliyini vurğulayıb. Bosniya və Herseqovinanın Aİ-nin xarici və təhlükəsizlik siyasətinə tam uyğun hərəkət etdiyi bildirilib. Həmçinin ölkənin Avropa yolunda güclü sadiqlik nümayiş etdirdiyi qeyd olunub.
Ursula Fon der Lyayen Bosniya və Herseqovinanı Aİ-də vahid, bölünməz və suveren dövlət kimi gördüklərini vurğulayıb.
Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo isə ölkəsinin xarici siyasətdə ilk hədəfinin Aİ-yə üzvlük olduğunu deyib.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də Bosniya və Herseqovinaya Aİ-yə üzvlük prosesində namizəd ölkə statusu verilib.

Tehsil-press.az


Oxşar xəbərlər