ADPU-nun Strateji İnkişaf Mərkəzi TALIS 2024 üzrə infosessiyalar təşkil edir

ADPU-nun Strateji İnkişaf Mərkəzi TALIS 2024 üzrə infosessiyalar təşkil edir Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) təşkilatçılığı ilə TALIS 2024 üzrə (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) müəllimlər və məktəb direktorları üçün infosessiyalar təşkil olunur.
Onlayn formatda keçirilən infosessiyalarda 2500-dən çox müəllim və məktəb rəhbərləri iştirak edib. İnfosessiyalar növbəti günlərdə də davam edəcək.
Üç mərhələdən ibarət tədqiqatın pilot mərhələsi 2022-ci ildə, sınaq mərhələsi isə 2023-cü ildə həyata keçirilib. Cari ilin fevral ayında təşkil olunacaq sorğunun əsas mərhələsində Azərbaycan üzrə 222 ümumi təhsil müəssisəsindən 4341 nəfər müəllim və məktəb direktorunun iştirakı nəzərdə tutulub.
TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilən TALIS sorğusunda ölkəmiz ilk dəfə təmsil olunur.




Oxşar xəbərlər