Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Türkiyədə səfərdədir.
Aqşin Kərimov Uludağ Universitetində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələr üçün “Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi, su təchizatı sistemləri” mövzusunda seminarlar keçirib. Seminarlarda mühəndis kommunikasiya sistemləri və su təchizatı istiqamətlərində Azərbaycanın təcrübəsi, yaradılan infrastruktur layihələri, həmçinin AzMİU-da aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Bundan əlavə, o, Uludağ Universitetinin magistratura səviyyəsində təhsil alan tələbələrinə su təchizatı sistemlərinə dair dərslər keçib. Dərsləri Uludağ Universitetinin İnşaat fakültəsinin dekan müavinləri Murat Kankal və Mustafa Şenkaya da izləyiblər.
Aqşin Kərimov səfər çərçivəsində Uludağ Universitetinin Hasan Öztimur İnşaat fakültəsinin dekanı professor Adem Doğangünlə görüşüb. Görüşdə hər iki universitetin professor-müəllim heyətinin qarşılıqlı stajkeçmə imkanları və əlaqələrin daha da genişlənməsi ilə bağlı məsələlər müzakirə edilib.
Tehsil-press.az