Çin bu il orbitə rekord sayda kosmik gəmi göndərəcək

Çin bu il orbitə rekord sayda kosmik gəmi göndərəcək Çin bu il 100-ə yaxın kosmik gəmi buraxılışı həyata keçirməyi planlaşdırır.
Bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
"2024-cü ildə Çinin kosmik sənayesi 100-ə yaxın buraxılışı təmin etməyi planlaşdırır. Bu baxımdan yeni rekord gözlənilir", - CASC-nin hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, korporasiya 2024-cü ildə 70-ə yaxın buraxılış həyata keçirməyi və orbitə 290-dan çox kosmik gəmi yerləşdirməyi planlaşdırır. Təxminən 30 gəmini isə digər Çin şirkətləri təmin edəcək.
Çin 2023-cü ildə orbitə 67 kosmik gəmi göndərib.

Tehsil-press.az



Oxşar xəbərlər