Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın və elmi seminarın birgə iclası keçirilib. Seminarı institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açıb.
İclasda Nanopolimer kompozitlər laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Türkan Quliyevanın “Yaşıl dünya, sağlam gələcək” mövzusunda məruzəsi dinlənilib. Gənc alim 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətlərində ölkəmizdə aparılan işlər haqqında geniş məlumat verib.
Məruzəçi yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən mühafizə edilməsindən bəhs edib. 2003-cü ildən etibarən Azərbaycanda ətraf mühitlə bağlı qəbul olunan dövlət proqramları, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə imzalanan müvafiq sərəncamların bu sahənin ölkədə prioritet olduğunu bildirib. 2010-cu ilin “Ekologiya ili” elan olunmasından etibarən bu istiqamətdə aparılan işlərdən söz açan alim son illərdə milyonlarla ağac əkildiyini, yeni parkların salındığını söyləyib. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə edilməsinin respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olduğunu qeyd edib.
Sonda Türkan Quliyeva verilən sualları cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az